ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcəsi haqqında qərarı neftin qiymətinöə də ciddi təsir etdi.
Teleqraf.com xəbər verir ki, fond birjalarında neftin qiyməti ucuzlaşmağa başlayıb. Belə ki, "Brent" markalı neftin fevral fyuçerslərinin dəyəri 3,33% düşərək bir barel üçün 37,44 dollar təşkil edib. WTI markalı neftin yanvar fyuçerslərinin qiyməti 4,48% düşərək bir barel üçün 35,68 dollar olub.
ABŞ FES baza faiz dərəcəsini illik 0–0,25% rekord aşağı səviyyə ilə 0,25% artırıb. FES-in baza uçot dərəcəsi sonuncu dəfə 2006-cı ilin iyununda qalxıb.
Bu, Amerika valyutasına dəstək verməklə yanaşı, "qara qızıl"ın qiymətinə də təsir göstərib.