29 Fevral 2016 18:11
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya bazarında baş verənlərə baxmayaraq, Cənub Qaz Dəhlizi layihəsi vaxtında icra olunacaq.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının II iclasının yekunları ilə bağlı mətbuat konfransında Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç bildirib.

M.Şefçoviç qeyd edib ki, dünya bazarında baş verən iqtisadi böhranın müəyyən mənfi təsirləri var, lakin Cənub Qaz Dəhlizi layihəsində iştirak edən ölkələr öz öhdəliklərini təsdiq edib.

"Ölkələr bu layihələrin vaxtında icra olunmasında qərarlıdır və bu, banklara da şamil olunur. Azərbaycan qazı 2018-ci ildə Türkiyəyə, 2020-ci ildə isə Avropaya çatdırılacaq", - deyə Aİ rəsmisi vurğulayıb.

ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokstayn da qeyd edib ki, bu öhdəliklərin təsdiqi vacib bəyanatdır: "Dünya bazarında baş verənlərə baxmayaraq, dövlətlər və şirkətlər öhdəliklərini təsdiq edir".

Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak qeyd edib ki, bu layihələr uzunmüddətlidir və dünya bazarında baş verənlər layihələrin icrasına təsir etməyəcək.


Müəllif:

Oxşar xəbərlər