8 Mart 2016 19:05
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Mərkəzi Bankının martın 10-da keçirəcəyi növbəti iclasında avronun gələcəyinə təsir edəcək mühüm qərarların qəbul olunacağı gözlənilir.

"Report" xəbər verir ki, Avrozonada zəif inflyasiya göstəriciləri, ÜDM artımının yavaşlaması Mərkəzi Bankı daha aktiv hərəkət etməyə vadar edir. Belə ki, Bank dekabr iclasında depozit faizlərini azaldaraq -0,3%-ə endirib. Buna baxmayaraq, iqtisadi artıma nail olunmayıb, hətta fevralda Avrozona 0,2% deflyasiya qeydə alınıb. Avro isə dekabr iclasından etibarən 4% möhkəmlənib.

İnvestorlar mart iclasında Mərkəzi Bankın daha aktiv mövqe ortaya qoyaraq həm depozit dərəcələrini azaldacağını, həm də monetar ekspansiyanı 20-25% artıraraq aylıq 75 mln. avroya (83 mln. dollar) çatdıracağını proqnozlaşdırırlar. Belə olarsa, avronun qlobal valyuta bazarında zəifləyəcəyi və USD/EUR məzənnəsinin ilk mərhələdə 1,06 səviyyəsinə qədər geriləməsi gözlənilir. Əks halda, yəni depozit dərəcələri 10 bənd azaldılarsa və ya heç azaldılmazsa, monetar ekspansiyanın həcmi artırılmasa, o zaman avronun məzənnəsinin yüksələcəyi və 1,15 USD/EUR səviyyəsinə qədər artacağı ehimal edilir.


Müəllif:

Oxşar xəbərlər