"Muzdlu işçisi olmayan fiziki şəxslər və torpaq sahiblərinin hesabat verməkdən azad edilməsi istiqamətində iş gedir".
“APA-Economics” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
"Hazırda birinci addım atılıb. Əgər əvvəllər fiziki şəxslər və hüquqi şəxslər ödədikləri sosial sığorta haqlarına görə ayrıca hesabat, fərdi uçota görə ayrı hesabat verirdilərsə, artıq bu hesabatlar birləşdirilib və vahid formada 3 aydan bir təqdim edilir. Növbəti addım isə muzdlu işçisi olmayan fiziki şəxslərin və torpaq sahiblərinin ödədikləri vəsaitə görə hesabatlılıqdan azad edilməsidir. Hazırda bununla bağlı iş gedir. Yaxın zamanlarda muzdlu işçisi olmayan fiziki şəxslər və torpaq sahibləri hesabat təqdim etməyəcək", - deyə nazir qeyd edib.