“Bizans oyunları” filmindəki cəsarətli səhnələrindən dolayı tənqid atəşinə tutulan türk aktrisa Tuvana Türkay mətbuata verdiyi müsahibəsində onu qınayanlara cavab verib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa sənətdə çərçivələrinin olmadığını da etiraf edib: “O səhnələrə heç vaxt cəsarətli səhnələr gözü ilə yanaşmadım. Bir çox insan mənə “soyunmusan” dedi, amma mən cavabımda “mən soyunmadım, canlandırdığım obrazım soyundu” dedim. Ssenarinin tələb etdiyini elədiyimə görə pul alıram. “Öpüşmərəm”, “sevişmərəm” deyə öz eqolarını önə çəkən insanlara aktyor , aktrisa deyə bilərikmi? Bu mənim üçün sualdır. Əgər tərəf müqabilinlə öpüşəndə nələrsə hiss edirsənsə, bu sənin şəxsi həyatının əksikliyidir. Elə bilirlər mən çəkiliş zamanı öpüşərkən insanların məni izləməsindən zövq alıram? Egər elədirsə, bu sadəcə ruh xəstəliyidir”.
Pərvin