21 İyun 2016 15:21
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru, fəxri mədəniyyət işçisi Rəhim Rəhimov böyrək çatışmazlığından əziyyət çəkir.

Teleqraf.com xəbər verir ki, aktyor dostları, həmkarları feysbuk vasitəsilə hamıya müraciət ünvanlayıblar:
"Artıq bir çoxlarınız bilirsiniz ki, bizim hamımızın yaxından tanıdığımız gözəl insan, istedadlı aktyor, səmimi dost, zəhmətkeş ata Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aparıcı aktyoru, fəxri mədəniyyət işçisi Rəhim Rəhimov xeyli müddətdir böyrək çatışmazlığı və xroniki qlomerulonefritin kəskinləşməsi xəstəliyindən əziyyət çəkir. Son vaxtlar bu xəstəlik daha da kəskinləşdiyi üçün həkimlər təcili böyrək köçürülmə əməliyyatını vacib hesab edirlər.

Bu əməliyyat böyük vəsait tələb edir. Bir aktyor maaşı ilə bu əməliyyatın həyata keçirilməsinin qeyri-mümkünlüyünü nəzərə alaraq biz dostları, onun iradəsinin əksinə olaraq qərara gəldik ki, feysbuk vasitəsi ilə bütün həmkarlarımıza , dostlarımıza, qohumlarımıza, iş yoldaşlarımıza müraciət edərək Rəhim Rəhimovun adına bankda açılan hesaba imkan daxilində yardım etmənizi rica edək.

Hər iki böyrək funksiyasını yetərincə yerinə yetirə bilmədiyi üçün qanda kreotin miqdarı artmaqda davam edir. Odur ki, hamımız tələsməliyik!"

Benefisiarın adı : RƏHİM RƏHİMOV MƏMMƏD HÜSEYN
Bank Kapital-ı seçib kodu
Hesab : AZ19AIIB41010019440036391118
VÖEN : 9900003611

Nərmin


Müəllif:

Oxşar xəbərlər