Bu gün müğənni Samir Piriyev ikinci evliliyinin altıncı ilini qeyd edir.
Teleqraf.com xəbər verir ki, Samir Piriyev həyat yoldaşı Anaranı belə təbrik edib: “12 iyul tarixi 6 ildir ki, ömrümə xoş günlərlə yazılıb. Ailəmi, həyat yoldaşımı və özümü bu doğma 6 il münasibətilə təbrik edirəm. Sizinlə ən azı 60 il də qocalmaq istəyirəm. Amma bu tarix 3 ildir ki, ömrümüzə daha da xoşbəxtlik gətirib. Çünki 12 iyulda ömrüm, arxa-dayağım, yeganə oğlumun Nicatın da ad günüdür. Ürəyimin üç yaşı var. Oğlum, ata səni təbrik edir. Böyük kişi olasan. Hər zaman səninlə fəxr etmək, qürur duymaq istəyirəm. Allah o günləri bizə yaşadar, inşallah.
İmanlı, idmançı, duzlu balam!”.
Rəqsanə