15 İyul 2016 00:22
1 430
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur müğənni-bəstəkar Emin Ağalarovun Yaşıl Teatrda "Bumeranq" adlı konserti baş tutub.

Teleqraf.com xəbər verir ki, Emin Ağalarov konsertində sevilən mahnılarını səsləndirib: "Mən xoşbəxtəm ki, doğma vətənimdə konsert verirəm. Sizi sürprizlər gözləyir. Mən sizi çox sevirəm".

Konsertdə Emin Ağalarovun anası İrina Ağalarova, əkiz övladları Əli və Mikayıl da iştirak edib. Övladları səhnəyə çıxaraq məşhur müğənniyə gül təqdim ediblər.

Qeyd edək ki, konsertdə Dövlət Rəqs Ansamblının müşayiəti ilə Emin Ağalarov Rusiyada fəaliyyət göstərən Bəxtiyar Əliyev ilə birgə "Baku" mahnısını ifa ediblər.

Konsetdə qonaq qismində iştirak edən xalq artisti Təranə Muradova Emin Ağalarovun "Baku" adlı mahnısına çəkilən klipdə Dövlət Rəqs Ansamblının üzvlərin rol aldıqlarını vurğulayıb: "Emin müəllim çox istedadlı insandır. Onunla işləmək bizə çox xoş oldu. Ölkəmizdə "Baku" mahnısına klip çəkdirir. Orada Dövlət Rəqs Ansamblı iştirak edir. Bütün sirləri açıqlamaq istəmirəm. Konsertdə də Dövlət Rəqs Ansamblı iştirak edəcək".

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər