“Bir daha başa düşdüm ki, bu millətə belə filmlər lazım deyil. Həyatımızda çox gecələr olacaq, amma heç bir gecədə çağrılmamış “Gecə qonağı” olmayacaq. Heyif, çox heyif sənə “Gecə qonağı”.
Bu sözləri rejissor Kənan M.M. sosial şəbəkədə yazıb.
O, “Gecə qonağı” filmindən bir hissəni paylaşaraq, onu tənqid edənlərə üzüldüyünü vurğulayıb: “Bəzi insanlar dünyasını lazım olduğu yerdə yaşamırlar. Gəlin, söyüşlü kinolara baxaq gülək, milli filmlərimiz söyüşdən ibarət olsun. Mənim kimisə qınamağa nə haqqım var, nə də elə bir fikrim. Sadəcə, bu yaradıcı insanın daxili səsidir. Bu səsə özümdən başqa cavab verən olmayacaq. Heyif Azərbaycan tamaşaçısı. İlk dəfədir etiraf edirəm ki, bu mətni ağlayaraq yazdım".