Məşhur müğənni Hülya Avşar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana dəstək olub.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hülya Avşar hər kəsi birliyə səsləyib: “Sıxıntılı günlərdə prezidentimizə dəstək olaraq, gücümüzə güc qatan bütün partiya rəhbərlərinə təşəkkür edirəm. Məni hönkür-hönkür ağladan dəstəyin davamını arzulayıram. Dünyasını dəyişənlərə rəhmət diləyirəm.
Prezidentimizə sui-qəsd hazırlayanları isə nifrətlə qınayıram. Xalqını qısa müddətdə sakitləşdirən dövlət rəhbərimizə minnətdaram. Rahatlıq, sevgi, birlik içində yaşayacağımıza ürəkdən inanıram. Yetər ki, bir-birimizə sevgiylə sarılaq, gənclərimizi barışa hazırlayaq".
Rəqsanə