21 İyul 2016 13:07
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi əməkdar artist Röya Ayxan çimərlik fotosu yayılan xalq artisti Brilliant Dadaşovanı müdafiə edib və həmkarını dəstəkləyib.

Teleqraf.com xəbər verir ki, Brilliant Dadaşovanın Röya Ayxana cavabı gecikməyib: “Röya, canım çox sağ ol. Əziz dostlar, sizə də xoş sözləriniz üçün minnətdaram! Amma mən çoxdandır ki, dənizə də getmirəm. Hovuz kənarında günəşlənmək, qaralmaq və ən azından sağlamlıq üçün uzandım. Köməkçim buzlu su gətirməyə gedəndə, gözlərimin qapalı olmasından istifadə edib, şəklimi çəkib, ictimaiyyətə ötürülməsini düzgün hesab etmirəm. Röya, gözəlim sənə oğlunla birlikdə xoşbəxtlik arzu edirəm”.

Rəqsanə


Müəllif: