Aktyor Rüzgar Erkoçlar dizayner kimi fəaliyyətə başlayıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rüzgar Erkoçlar internet üzərindən sırğa, köynək, çimərlik geyimi, telefon aksessuarı və çantanı 25-100 TL (təxminən 20-55 manat) arasında dəyişən qiymətlərdə satışa çıxarır.
2013-cü ildə cinsiyyət dəyişdirmə əməliyyatından sonra iş tapmaqda çətinlik çəkən Rüzgar Erkoçları bundan sonra dizayner kimi görəcəksiniz.
Son dövrlərdə çox sayda serial təklifi gəldiyini deyən aktyor "Maraqlı layihə gözləyirəm” deyib.
Rəqsanə