Tanınmış müğənnilər İstanbulda güllələnərək dünyasını dəyişən Rövşən Lənkəranskinin ölümünə üzülüblər.
Teleqraf.com sənətçilərin sosial şəbəkədə yazdıqları statusları təqdim edir.
Rəqsanə İsmayılova: “Allah rəhmət etsin. Həqiqətən dəyərli oğulsan. Belə ürəkli oğullar dünyaya çox az gəlir. Allah ailəsinə səbir versin, yerin cənnət olsun. Bir mərd, dəyərli oğlun ölümünə inana bilmirəm".
Nadir Qafarzadə: “Bu xəbər bir vətəndaş olaraq məni çox sarsıtdı. Tanışlığımız olmasa da eşitdiyimə görə, cəsur, qeyrətli oğulsan. Rövşən qardaşımızı itirdik. Rəhmətliyin toyunu illər öncə mən oxumuşdum. Allah yaxınlarına səbir versin. Başın sağ olsun, Azərbaycan! Xalqımızın axır qəmi olsun! Rahat yat, qardaş! Sən əbədiyyətə qovuşdun! Lənkəran şəhəri, Azərbaycan xalqı öz igid oğlunu qarşılayır. Can Rövşən, Sənə kimlər qıydı”.
Elton Hüseynəliyev: “Allah rəhmət etsin. Azərbaycanın mərd oğlu getdi. Rövşən zalıma zalım, məzluma dost idi. Vətən üçün çox böyük əməyi və zəhməti oldu. Hamı bir gün öləcək, amma kişi kimi yaşayıb, kişi kimi ölmək hər adama nəsib olmayacaq. Rövşən, sən həmişə bizim qəlbimizdə yaşayacaqsan. Allah məkanını Cənnət etsin”.
Nazim Məmmədov: “Allah sənə rəhmət eləsin! Həyatımda eşitdiyim ən ağır xəbərlərdən biridir. Səninlə fəxr edirik, edəcəyik də”.
Elşad Xose: “Heyif…”
Emil Bədəlov: “Bu xəbəri heç eşitmək istəməzdim. Allah rəhmət eləsin”.
Fatimə Fətəliyeva: “Çox pis oldum. Allah rəhmət eləsin!”.
Rəqsanə