19 Avqust 2016 17:03
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur müğənni Castin Biber 77 milyon izləyicisi olan instaqram hesabını bağlayıb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Castin Biber eks sevgilisi Selena Gomezlə yeni sevgilisi Sofiya Rici arasında qaldığından instagram hesabını silib.

Castin Biberin sosial şəbəkədə yeni sevgilisi ilə fotolarını paylaşması eks sevgilisinin pərəstişkarlarını əsəbiləşdirib. Buna etiraz edən Castin Biber pərəstişkarlarına etirazını bildirib: “Əgər nifrət dolu mesajlar yazmağa davam etsəniz, hesabımı donduracam. Həqiqətən də mənim heyranımsınızsa, bu qədər pis insan ola bilməzsiniz”.

Selena Gomez isə eks sevgilisinin cavabını verib: “Əgər nifrətlə bacara bilmirsənsə, sevgilinin fotolarını paylaşma! Münasibətiniz şəxsi qalmalıdır. Pərəstişkarlarına əsəbiləşmə! Onlar səni hamıdan əvvəl sevdi və dəstəklədi”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər