Kərəm Bursinin yerinə "Mavi" markasının simasına çevrilən İlker Kalelinin alacağı məbləğ məlum olub.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Serenay Sarıkaya ilə birlikdə reklama çəkilən 32 yaşlı aktyor 1 milyon lirə (təxminən 540 min manat) qazanacaq.
K.Bursin isə 750 min lirəyə razılaşmışdı. "Mavi" şirkəti İlker Kaleliyə 250 min lirə daha artıq ödəmək məcburiyyətində qalıb.
Qeyd edək ki, İ.Kaleli markanın yeni məhsulu "Black"ı tanıdacaq.