25 Avqust 2016 15:14
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı müğənni Britni Spirsin həyatı ekranlaşdırılacaq.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, televiziya filmində baş rolu Nataşa Basset oynayacaq.
İstehsalçılar filmdə Britninin bütün həyat həqiqətlərini olduğu kimi tamaşaçıya çatdıracaqlarını iddia edirlər. Film müğənninin zirvəyə gedən yoluna işıq tutacaq, uğursuzluqlarından və yenidən səhnəyə qayıdışından bəhs edəcək.

Həmçinin filmdə müğənninin 1999-2002-ci illərdə Castin Timberleyklə yaşadığı böyük sevgi, eləcə də uğursuz nigahları da yer alacaq.

Sentyabrın 19-da çəkilişlərinə start veriləcək film 2017-ci ildə ekranlara çıxacaq.

Pərvin


Müəllif:

Oxşar xəbərlər