“YARAT Freestayl” və yenicə fəaliyyətə başlamış “Bakı tanqo on” məktəbi musiqisevərlərə möhtəşəm tanqo gecəsi təqdim edib.
Teleqraf.com YARAT Müasir İncəsənət Mərkəzinə istinadən xəbər verir ki, gecədə peşəkar rəqqasların ifasında tanqo müxtəlif formalarda nümayiş etdirilib.
Musiqi gecəsində uruqvaylı Maxo Martirena və argentinalı Rodriqo Fonti çıxış ediblər.
Hər iki tanqoçu dünyanın bir çox şəhərlərində keçirilən tanqo festivallarında rəqqas kimi çıxış etməklə yanaşı, peşəkar tanqo dərslərinin tədrisi ilə də məşğul olurlar.