Türkiyədə fəaliyyət göstərən əməkdar artist Məlahət Abbasova aktyor Füzuli Hüseynovu təbrik edib.
Teleqraf.com xəbər verir ki, aktrisa səbəbkarın doğum günü münasibətilə instaqram hesabından özünəməxsus şəkildə təbrik yazıb: “Bu gün “Azdrama”da çalışdığım müddətdə bir neçə tamaşada tərəf müqabili olduğum və nədənsə bütün tamaşalarda 2 sevgilini oynayıb, amma həyatda bu şəkildə göründüyü kimi küsülü qaldığım (“Sevgililərin cəhənnəmində vüsal” tamaşasından) Azərbaycan teatr sənətinə adını yazdırmış Füzuli Hüseynovun ad günüdür. Canım, doğum günün mübarək olsun. Yaxşı ki, varsan. Yaxşı ki, səninlə eyni səhnəni paylaşmışam. Və yaxşı ki səni tanımışam. Türkiyəyə gəldiyimdən bəri məni bir an olsun unutmayan, fürsət düşdükcə hər zaman zəng edən, maraqlanan “meymun necəsən” deyə mesaj yazan gözəl bir qəlbə sahib canım dostum. Yaxşı ki, həyatımda varsan. Və həyatımda olduğun üçün sənə minnətdaram”.
Pərvin