Məşhur müğənni Britni Spirs şpaqat açıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Britni Spirs fotosunu instaqramda paylaşaraq “Darıxdırıcı idi, mən də şpaqat açmağa qərar verdim. İdeal olmasa da, pis deyil” şərhini yazıb.
Britni Spirs “Marie Claire” jurnalının üz qabığına çəkilib. O, müsahibəsində övladları Şona və Djeydana ilə münasbətindən danışıb: “Oğlanlarım məni qınamırlar. Tam dəstəkləməsələr də, mənimlə razıdırlar. Çox hadisələr yaşadım, amma özümü tək yaxşı hiss edirəm”.
Rəqsanə