15 Sentyabr 2016 15:57
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngilis model İmodjen Tomas bir yaşlı qızına yemək hazırlamaq üçün aşpazlıq məktəbinə getməyə qərar verib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bu addımı atmaqda 33 yaşlı modelin məqsədi övladını sağlam böyütməkdir: “Qızım yemək yeməyə başladı, ancaq mənim yeməklərimi bəyənmir. Onu sağlam bəsləmək üçün aşpazlıq məktəbində qeydiyyatdan keçdim”.

Model bu addımına görə onu tənqid edənlərə “Qətiyyən bu addımımı şişirtmirəm, çünki mənim vəzifəm körpəmi sağlam böyütməkdir”, - deyə cavab verib.

Aylin


Müəllif:

Oxşar xəbərlər