Bu il Avstriyada qaldıqları oteldə fanatlarının ifrat sevgisi ilə rastlaşan Burak Özçivit və Fahriye Evcen Danimarkada da çətin anlar yaşayıblar.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, cütlük baş verənlərdən sonra özlərinə cangüdən tutmaq qərarına gəliblər. Getdikləri yerlərdə rahat hərəkət edə bilməyən sevgililər bu sevgidən beziblər.
Eyni zamanda, Burakın fanatları F.Evceni tənqid etməkdən də çəkinmirlər. Buna görə də cütlük qala gecələrdə olduğu kimi hər yerdə mühafizəçilərlə gəzəcəklər.