16 Sentyabr 2016 13:17
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfsanəvi aktyor Tarık Akanın ölüm səbəbi bilinib.

Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, məşhur aktyorun dostu Müjdat Gezen Tarık Akanın ağciyər xərçəngindən yox, qaraciyər xərçəngindən vəfat etdiyini açıqlayıb: “Üç gün əvvəl həyat yoldaşı Acun Günayla danışdım. Həkim nəzarətində olduğunu dedi. Sonra həkimi ilə əlaqə saxladım, dedi ki, boş-boşuna gəlməyin, yanına heç kim buraxılmır.

Tarık yalnız həmkar kimi yox, dost kimi də çox yaxşı insan idi. Dünya miqyaslı aktyor idi. Açdığı məktəblərlə insanların sabahını işıqlandırırdı. O, yaxşı bir respublikaçı və Mustafa Kamal Atatürkü sevən insan idi”.

Müjdat Gezen aktyorun siqaret çəkməsindən də şikayət edib: “Tənqid etdiyim yeganə xüsusiyyəti gün ərzində 4 qutu siqaret çəkməsi idi. Deyirdim ki, siqareti çəkmirsən, yeyirsən. Gündə 80 siqaret çəkmək nə deməkdir?”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər