20 Sentyabr 2016 11:04
2 621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Elxan Quliyev oğlu Elgünə toy edib.

Teleqraf.com xəbər verir ki, teatrın əksər aktyor və aktrisaları toyda iştirak ediblər.

Elxan Quliyev 1 noyabr 1952-ci ildə anadan olub. 1974-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Təyinatla Akademik Milli Dram Teatrına gələn Elxan Quliyev teatrın səhnəsində bir çox rollarda çıxış edib.

Toydan fotoları xalq artisti Məleykə Əsədova instaqram səhifəsində paylaşıb.

Pərvin


Müəllif: