Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Teleqraf.com xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi, İ. Quliyevanın bacısı İradə Həsənova ifadə verib. O, Mehriban Hüseynovanın qanun çərçivəsində cəzalandırılmasını tələb edib.
İlhamə Quliyevanın digər bacısı Gülbahar Quliyeva saytımıza açıqlamasında bacısının prosesdə iştirakını qanunauyğun hesab edib: “Bacım məhkəmə prosesində iştirak edib. Başqa kim iştirak etməli idi? Bu haqda ətraflı danışmaq istəmirəm”.
M.Hüseynova Cinayət Məcəlləsinin 29.180.3.2-ci (külli miqdarda soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ.Quliyevanın şikayəti əsasında saxlanılıb.
Rəqsanə