20 Sentyabr 2016 13:34
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

“O hadisədən çox böyük stress keçirdim. Kim istəyər ki, məclisində belə bir hadisə olsun”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında əməkdar artist Nahidə Orucova yubiley tədbirində televiziya rejissoru Ələkbər Kazımovskinin qəflətən dünyasına dəyişməsindən sonra mərasimin davam etməsinə qarşı səslənən ittihamlara cavab verərkən deyib.

Aktrisa qeyd edib ki, məclis hadisə baş verəndən üç saat sonra başlayıb:

“Biz teatr aktyorlarıyıq. Bir üzümüz gülür, biri ağlayır. Bizim həyatımız budur. Mən camaatı yığmışdım şənlənək, deyək-gülək. Kimə deyə bilərdim ki, getsin? Ələkbər müəllim özü məclisə gələndə məni öpüb qucaqladı və dedi ki, bu tədbirə xüsusi hazırlaşmışam. Çox tərləmişdi.

Ona oturacağı stulu göstərdim. Məhərrəm Bədirzadənin yanında oturdu və elə ordaca keçindi. Bu sənətə gələndən bəri Ələkbər müəllimi tanıyıram, çox yaxşı münasibətlərimiz vardı. Allah rəhmət eləsin!”.

Nərmin


Müəllif:

Oxşar xəbərlər