Böyrək çatışmazlığından əziyyət çəkən Kukla Teatrının aktyoru Rəhim Rəhimov uzun müddətdən sonra səhnəyə qayıdır.
Teleqraf.com xəbər verir ki, aktyor sentyabr ayının 21-də Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında "Zəng" mono-tamaşasında səhnəyə çıxacaq.
Tamaşada "Üç məkan" 2-ci Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində nümayiş olunacaq.
Rəhim Rəhimov həyəcanlı olduğunu deyib: “Çox həyəcanlıyam, nəhayət, uzun müddətdən sonra səhnədə oynayacam. Həyəcanlıyam, inşallah, hər şey yaxşı olar. Əməliyyata qədər işləyəcəm. Analizlərimin nəticələrinə görə deyirəm ki, qandakı kreotinin səviyyəsi normaldır.
İki donor var idi, müayinələrdən sonra məlum oldu ki, onlardan yalnız birinin böyrəyindən sitifadə etmək olar. Amma həmin donor da 10 kilo arıqlamalıdır. Onun da arıqlaması üçün beş-altı ay vaxt tələb lazımdır. Sonra əməliyyatın günü təyin ediləcək”.
Heydər Əliyev Fondu böyrək çatışmazlığından əziyyət çəkən gənc aktyor Rəhim Rəhimovun əməliyyat və müalicə xərclərini öz üzərinə götürüb.
Nərmin