32 yaşlı kanadalı pop musiqiçi Avril Lavigne haqqında ilginc iddia ortalığı qarışdırıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, müğənninin fanatları onun 2003-cü ildə evində öldüyünü və hazırkı müğənninin onun dublyoru olduğunu iddia edirlər.
Onlar bildirirlər ki, bu ölüm mətbuatdan və fanatlardan gizlədilib, onun yerinə Melissa Vandella adlı müğənni gətirilib.
İllərdir səslənən bu iddialara yeniləri əlavə olunub. Belə ki, bu yaxınlarda 32 yaşını qeyd edən müğənni haqqında fanatlar forumlarda yeni fikirlər səsləndiriblər.
Fanatları iddia edir ki, Lavigne imzasını dəyişib və səsi artıq əvvəlki kimi deyil. Hətta üzündəki və bədənindəki çillərin fərqli yerlərdə olduğunu, burnunun da tamamən dəyişildiyini yazıblar.
Onların fikrincə, Lavigne babasının ölümü və heç bir albomunun ilk albom kimi uğurlu olmaması səbəbindən depressiyaya düşüb, sonra da yoluxduğu xəstəliyə görə özünə qapanaraq, intihar edib.
Pərvin