30 Sentyabr 2016 14:21
2 655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Zamiq Hüseynov sevgilisindən ayrılması haqqında yayılan şayiələrə münasibət bildirib.

O, Teleqraf.com-a açıqlamasında özünə yeni sevgili tapması və toya hazırlaşması ilə bağlı xəbərləri əsassız adlandırıb: "Elə hadisə baş verməyib. Sadəcə, mənə sual veriblər ki, sevgiliniz varmı? Demişəm yoxdur. İllərdir belədir, var idi, yoxdur. Yenə də sevgilim olacaq. Onu şişirib, toya hazırlaşırdım və s. formasında təqdim etmək lazım deyil. Hamısı boş şeylərdir. Həyatımda bəlkə də bir daha sevgilim olmayacaq. Həyatdır da".

Müğənni son vaxtlar Türkiyəyə tez-tez getməsinin səbəbini açıqlayıb: “Orada dostlarım var. Türkiyədə sərbəst, rahat oluram. Burada adam hər şeyə diqqət edir. Bəzən isə bu, mənə sıxıcı gəlir. Hərdən uşaq olmaq istəyirsən. Sanki yaşaya bilmədiyim uşaqlığım içimdə qalıb”.

Rəqsanə

Foto Elçin Murad


Müəllif:

Oxşar xəbərlər