Müğənni Sıla həmkarı Davud Güloğlu haqqında İstanbul Prokurorluğunda ifadə verib.
Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, məhkəmədə zərərçəkmiş kimi ifadə verən Sıla Davud Güloğlunun mühakimə olunmasını istəyib.
İyulun 15-də hərbi çevrilişə cəhd zamanı Sılanın “Çevrilişin əleyhinəyəm, amma “Yenikapı”dakı şouya qatılmayacam" deməsi Davud Güloğlunu özündən çıxarıb və ona sərt cavab verib. Bu hadisədən sonra Sıla təhqir olunduğunu irəli sürərək məhkəməyə müraciət edib.
Rəqsanə