11 Oktyabr 2016 18:01
859
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 21-də Kukla Teatrında “Qırmızıpapaq” tamaşasının premyerası olacaq.

Teatrdan Teleqraf.com-a verilən məlumata görə, balacaların sevimli nağıllarının müəllifi Şarl Perronun məşhur nağıl nümunəsini teatrın baş rejissoru Qurban Məsimov səhnələşdirərək ona tam fərqli prizmadan baxmağa çalışıb.

Teatrın 85 illik yubileyi münasibətilə hazırlanan tamaşanın bəstəkarı əməkdar artist Vüqar Camalzadədir.

Əsas rolları teatrın aparıcı aktyorları Cəmilə Allahverdiyeva, Elmira Hüseynova, Rəhilə İbadova və başqaları ifa edir.

Tamaşa özünün milli üslubda tərtibatı və mahnılarının rəngarəngliyi ilə seçilir. Belə ki, tamaşada mahnıları xalq artistləri Flora Kərimova, Gülyaz Məmmədova, əməkdar artistlər Tünzalə Ağayeva, Anar Şuşalı, Lalə Məmmədova, müğənnilər Samirə Əfəndiyeva, Ceyhun Zeynalov, İlham Nəzərov ifa edirlər.

Nərmin


Müəllif:

Oxşar xəbərlər