13 Oktyabr 2016 11:06
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Murad Dadaşov məşhur “Deal or no deal” (“Varmısan, yoxmusan”) layihəsinin Azərbaycan versiyasını təqdim edəcək.

Teleqraf.com xəbər verir ki, o bu barədə instaqram hesabında məlumat verib: “2003-cü ildən etibarən “MGP” (“M Group Production”) fəaliyyətini izləyənlər ölkə teleməkanında ən böyük layihələrin ilk və uğurlu təşkilatçısı olduğumuzu bilirlər. Və yenə də bizə yaraşanı etdik! Televiziya mövsümünü çox əlamətdar hadisə ilə açırıq!

Uzun sürən görüşmələr və danışıqların nəticəsində dünya şöhrətli “Endomol Shine Group” ilə çoxdan gözlənilən müqavilənin rəsmən imzaladığını bəyan edirik. “Endemol Shine Group” tərkibində bir neçə böyük media şirkətini birləşdirən televiziya nəhəngidir. Dünya arenasında 100-lərlə ekran vərdişi yaradan layihələri sayəsində reytinq ovçusu adını almış “Endemol Shine Group”un Azərbaycanda bundan sonra rəsmi təmsilçisi “MGP” (“M Group Production”) şirkətidir. Qarşıda “Endomol Shine Group”la bizi uzun illərin çox danışılacaq layihələri gözləyir. Bərabərliyimizə vasitəçi olan “WeiT Media”, onun rəhbəri, dostum Timur Vaynşteyn, baş prodüseri Yulia Sumaçeva və digər partnyorlarımıza dərin təşəkkürümüzü bildiririk.

Televiziya tariximizdə baş tutacaq yeni partlayışa hazır olun! Artıq “Endomol Shine Group” ilə bərabər, daha güvənlə addımlayırıq!”

Pərvin


Müəllif:

Oxşar xəbərlər