14 Oktyabr 2016 18:46
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləcəri-Keşlə dəmir yolunda aparılan təmirlə əlaqədar 2016-cı il oktyabrın 17-dən Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində hissəvi dəyişiklik ediləcək.

Bu barədə Teleqraf.com-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti”-dən məlumat verilib. Beləliklə, Bakı-Sumqayıt elektrik qatarları Bakı sərnişin stansiyasından saat 07:40, 08:15, 08:45, 16:05, 17:40, 18:20, 18:40, 19:15, 19:45 və 20:45-də, Sumqayıt-sərnişin stansiyasından 06:50, 07:20, 07.45, 08:00, 08:30, 09:30, 10:30 , 16:55, 18:35 və 19:30 -da yola düşəcək.

Bundan başqa, hər şənbə, bazar və bayram günləri Bakıdan 07-40, 08-15, 08-45 və Sumqayıtdan 06-50, 07-20, 07-45-də yola düşən elektrik qatarları hərəkətdə olmayacaq. Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca KİV vasitəsilə vətəndaşlara məlumat veriləcək.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər