9 Noyabr 2016 11:00
10 589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Dövlət Bayrağı günüdür.

Üçrəngli bayrağımız Xalq Cümhuriyyətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub.

Xalq Cümhuriyyətinin süqutundan sonra 1920-ci il aprelin 28-də üçrəngli bayrağımız dəyişdirilərək qırmızı sovet bayrağı ilə əvəz edilib. Nəhayət, 1991-ci il fevralın 5-də respublika Ali Sovetinin qərarı ilə üçrəngli, ay-ulduzlu bayraq yenidən Azərbaycanın dövlət bayrağı elan edilib.

Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Teleqraf.com məşhurlardan üçrəngli bayrağımızın rənglərinin mənasını soruşub.

Sorğunun nəticəsini təqdim edirik:

Mətanət Əsədova: “Bayrağımızın rənginin mənası… (fikirləşir) Olar bir azdan zəng edəsiniz? İndi elə bir yerdəyəm ki, danışa bilmirəm”.

(10 dəqiqə keçdikdən sonra zəng edən müğənni bayrağımızın rənginin mənasını açıqlayıb: “Yaşıl rəng islam ideolgiyasını, göy rəng türkçülüyümüzü, qırmızı rəng müasirliyimizin, demokratiyamızın simvoludur”).

Sevda Sanalıyeva: "Bu sorğuda iştirak etmək istəmirəm”.

Səməd Səmədov: (Sualı yarımçıq kəsərək) “Moskvadayam, gələndə danışarıq”.

Elariz Məmmədoğlu: “Bayrağımızın rəngində yaşıl islamı, qırmızı müasirliyi, göy türklüyü bildirir”.

Manaf Ağayev: “Hüzr yerindəyəm, danışa bilmirəm”

Niyam Salami: “Yaşıl islamı bildirir, biri müasirlik idi… Qırımızı rəngi isə bilmirəm”.

Müğənni Nazənin: “Bayrağın göy rəngi türklüyü, qırmızı müasir azadlıq ideologiyasını, yaşıl rəng isə islamçılığı tərənnüm edir”.

Xuraman Şuşalı: “Əslində, bilirdim. Elə bir vaxtda zəng etmisən ki… Hə, göy rəng türklüyümüzü, qırmızı isə müasirliyi bildirir”.

İslam Mehrəliyev: “Göy rəng müasirliyi, bağışlayın, türklüyü bildirir. Yaşıl islamı, qırmızı isə müasirliyi bildirir”.


Müəllif:

Oxşar xəbərlər