Məşhur aktrisa Türkan Şoray Xəzər Universitetində "Avrasiya Əfsanəsi" mükafatına layiq görülüb.
Teleqraf.com xəbər verir ki, ilk xanım olaraq Avrasiya Akademiyasına üzv seçilən Türkan Şoray mükafat haqqında təəssüratını bölüşüb: "Qardaş ölkədə duyğusal bir an yaşadım. Sənət bütün insanların ortaq dəyəridir. Mən də bir sənətçi olaraq burada belə gözəl bir mükafata layiq görüldüm. Bu film kariyeramda inanılmaz qürurverici bir hadisədir. Azərbaycandan aldığım bu dəyərli mükafatı ölənə qədər evimin ən dəyərli guşəsində saxlayacam. Bütün azərbaycanlılara və məni mükafata layiq görən akademiklərə təşəkkür edirəm. Bakıdan çox xoşbəxt gedəcəm".
Qeyd edək ki, xalq artisti Arif Məlikov, Türkiyənin ölkəmizdəki səlahiyyətli səfiri Erkan Özoral, fransız aktyor Robert Hossein də "Avrasiya Əfsanəsi" mükafatına layiq görülüb.
Rəqsanə