Mahsun Kırmızıgülün yeni filmində çəkilən müğənni Gülben Ergenin ərinə inadı bitmir.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, iki illik əri Erhan Çelikin etirazlarına baxmayaraq filmdə rol alan Gülben dünən filmdən foto paylaşıb.
O, bununla boşanma ərəfəsində olduğu ərinə qərarından dönmədiyini nümayiş etdirib. Hazırda 3 uşağıyla ABŞ-da olan sənətçinin bu paylaşımı "Evliliyini karyerasına qurban verdi" kimi şərh edilib.