Rusiyada 2017-ci il iyunun 17-dən iyulun 2-ə qədər FİFA Konfederasiya Kuboku keçiriləcək.
Teleqraf.com axşam.az-a istinadən bildirir ki, artıq futbol yarışlarının püşkü atılıb. Mərasimdə püşkləri turnirin siması aparıcı və model Viktoriya Lopıreva çəkib.
Viktoriya gecənin ən diqqətçəkən siması olub. 2003-cü ildə Rusiya gözəli seçilən Viktoriya özü də futbolçu ilə ailəlidir. Onun İnstaqram səhifəsində bir milyona yaxın izləyicisi var.