Türkiyənin "Fox" kanalında Çingiz Mustafayevin iki klipi nümayiş olunub.
Teleqraf.com xəbər verir ki, müğənni kanalın bu jestindən çox məmnun olduğunu ifadə edib. Onun sözlərinə görə, kliplər efirə getdikdən sonra qardaş ölkədən ona çoxlu mesajlar gəlib. İfaçı təəssüratlarını belə bölüşüb:
"Bu gün səhərimizi bu xoş xəbərlə açdıq. Xəbərimiz olmadan Türkiyənin " FOX Tv " kanalında " Unudulmayanlar " layihəmizdən olan " Ninnə Yarım " - Kərkük Xalq mahnısına çəkdiyimiz video çarx, eləcə də "Ay qız" klipi yayımlanıb. Bu çox sevindirici haldır ki, qonşu Türkiyədə Klipimiz çox sevilib. Bir dəfə yayımlanmasına baxmayaraq artıq qardaş ölkədən çoxsaylı smslər gəlir. Çox sağolun Türkiyə! Xüsusi minnətdarlığımız "FOX" Tv-yə bildiririk".