"O səs Türkiyə"nin bugünkü buraxılışında Gökhan və Hakan Özoğuzların komandasında olan 4 azərbaycanlının yarışmanı tərk etdiyi anlar nümayiş olunub.
Teleqraf.com-un məlumatına görə, Gülşən İbadova, İlham Nəzərov, Zülfü Əsədzadə və Zərrin Mahmudoğlu 6 nəfərlik qrupda yer alıblar.
İkinci turdan qabaq keçirilən ön seçim turlarında münsiflər qarşısında çıxış edən həmyerlilərimizin heç biri növbəti mərhələyə keçə bilməyib.
Qeyd edək ki, ötən həftə bununla bağlı azərbaycanlı iştirakçıların bəziləri onlara qarşı haqsızlıq olduğunu iddia etmişdi.