Millət vəkili Ziyad Səmədzadənin qızı, bəstəkar Aygün Səmədzadə Türkiyəyə istirahətə gedib.
Teleqraf.com xəbər verir ki, Aygün Səmədzadə instaqramda istirahət fotolarını paylaşıb. O, nəvəsi ilə ilk dəfə səyahətə getdiyini açıqlayıb: "Bu balaca qızla ilk səyahətimizdir. Yəqin ki, böyüyəndə ənənəyə sadiq qalar və dünyanı gəzər. Təki buna həm maddi, həm də mənəvi imkanları yetsin. Bizim imkanlı xanımların əksəriyyəti isə bahalı zinət əşyası və xəz dəri alır ki, hansısa toyda nazlana bilsinlər. Dünya malı dünyada qalır. Hər şeyə imkanı olduğu halda bunu etməyənlərə təəccüblənirəm".
Qeyd edək ki, Aygün Səmədzadənin iki qızı var.
Rəqsanə