Bir neçə gün əvvəl dördüncü dəfə ana olan xalq artisti Gülyanaq Məmmədova səhhəti və körpəsi haqqında danışıb.
Teleqraf.com Milli.az-a istinadla xəbər verir ki, müğənni yanvarın 22-də evə buraxılacağını deyib:
"Allah bu gözəl paydan hamıya qismət etsin. O qədər sevinirəm ki, gözlərim yaşarır. Ana olmaq gözəl duyğudur. Qayınanam da yanımda qalır, sağ olsun, mənə görə Türkiyədən durub gəlib.
Sabah Allahın köməkliyi ilə körpəmizi xəstəxanadan çıxaracağıq. Təbrik yazan insanların hamısına təşəkkür edirəm".