26 Yanvar 2017 12:00
997
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün xalq artisti Flora Kərimova göz əməliyyatı keçirib.

Bu haqda Teleqraf.com-a xalq artistinin özü məlumat verib: “Hazırda xəstəxanaya gəlmişəm, müayinədəyəm. Dünən gözümü professor Paşa Qəlbinur və oğlu Tural Qəlbinur əməliyyat etdi. Şükür, indi yaxşıdır”.

Paşa Qəlbinur saytmıza açıqlamasında Flora Kərimovanın səhhətinin yaxşı olduğunu deyib: “Əməliyyat uğurlu keçdi. Hər şey qaydasındadır. Flora xanım əməliyyatdan sonra evə buraxıldı və bu gün xəstəxanaya müayinə üçün gəlib. Sol gözündə ləkə və görmə ilə bağı problemi vardı. Əməliyyatdan sonra problem aradan qalxdı və gözü yaxşı görür”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər