Qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadəyə ilik donoru axtarılır.
Axşam.az-ın məlumatına görə, bu haqda rejissorun həyat yoldaşı Səbinə Zəkizadə xəbər verib.
O bildirib ki, hazırda xəstəxanada olan Ş.Zəkizadə həkim nəzarətindədir: “Günümün çoxu Şahinin yanında keçir. Bildiyiniz kimi Şahinin xəstəliyi yenidən qayıdıb. Bu heç də yaxşı olmadı. Amma Allahımızın bu gününə şükür. Hər kəs Şahinin necə olduğunu soruşur. Hələ ki salamatdır, yaxşıdır, amma bu xəstəliyin harda, nə vaxt nə edəcəyi bilinmir. Həkimlər də əlindən gələni edirlər. Çox sağ olsunlar. Əməliyyat olunmağı mütləqdir. Yazırlar ki, bəs nə gözləyirsiniz. Əvvəlcə ilik donoru tapılmalıdır. Biz də əməliyyatı səbirsizliklə gözləyirik. Həm də bizim o qədər çox imkanımız yoxdur... Sizlərdən çoxlu dua etməyinizi istəyirik".