1 Fevral 2017 00:25
1 051
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nizami Kino Mərkəzində əməkdar artist Cabir İmanovun rejissorluğu ilə çəkilən "Ağanatiq" komediya filminin təqdimatı baş tutub.

Teleqraf.com xəbər verir ki, gecəni giriş sözü ilə əməkdar artist Tahir İmanov açıb: "Bizə qarşı qadağalar davam edir. Buna baxmayaraq "Planet Parni iz Baku" yaşayır, yaradır. Cabir İmanovun rejissorluğu ilə çəkilən ilk filminə xoş gəlmisiniz.

"Ağanatiq" filminin maraqlı tarixçəsi var. 1997-ci ildə mən Moskvaya köçdüm. Bakıya gələndə hər dəfə məni Cabir qarşılayırdı. Günlərin biri, çətin vaxtlarda babam Süleyman Ələsgərov Cabirə avtomobil bağışlamışdı. Hava limanından çıxıb maşını görəndə sevincimin həddi yox idi. Birdən Cabir taksi sürücüsünün obrazına girdi və o dəqiqə qərara gəldik ki, bu haqda mütləq komandanın rəhbərliyinə danışmaq lazımdır. O vaxt "Planet Parni iz Baku" komandasının konsertləri çox böyük uğurla keçirdi. Hər dəfə bizdən Anar Məmmədxanov yeni obrazlar, səhnələr tələb edirdi. Bu haqda Anara deyəndə dərhal razılaşdı. 20-ci əsrin çepionları buradadır. Komanda üzvlərindən bəziləri "Ağanatiq"i yaxşı qarşılmadılar və bildirdilər ki, stilimizə uyğun deyil. Konsert zamanı "Ağanatiq"in kiçik səhnəsini göstərəndə insanlar yaxşı qarşıladılar. Başa düşdük ki, bu səhnənin böyük gələcəyi var. Bu gün 20 ildən sonra "Ağanatiq"in macəraları ekranlaşdırıldı. Onun kəlmələri dillər əzbəri oldu. Sevimli obraz oldu. Fəxr edirəm ki, qardaşım böyük uğura imza atıbdır. Təbii ki, film kiminsə xoşuna gəlməyə bilər. Əsas odur ki, biz sevimli işimizlə məşğuluq və KVN-i yaşadırıq. Məmurdan tutmuş sıravı insanlara təşəkkür edirəm ki, belə çətin qadağalı günlərdə bir yerdəyik".

Tənqidçi İlham Rəhimov hər zaman KVN-çiləri dəstəklədiyini deyib:

"Bu komandanın işinə həmişə böyük qayğıyla, sevgiylə yanaşmışam. Cabir, təbrik edirəm və film çəkməyinim davamını gözləyirəm. Sizi nə qədər incidəcəklərsə, o qədər yeni filmlər gözləyirik.

Cabir İmanov filmin onun üçün ilk rejissor işi olduğunu deyib: "25 ildir səhnədə olmağıma baxmayaraq hər zaman həyəcanlanıram. Filmdə tərəf müqabilim olan Tünzalə Ağayevaya təşəkkür edirəm. İlk dəfə çəkildiniz və bundan sonra da filmlərə çəkilməyi arzu edirəm. Çünki sizdə uğurlu alınır. Bu mənim rejissor kimi ilk işimdir və xahiş edirəm məni qınamayasınız. Bundan sonra da kinolar çəkəcəm".

Filmdə Cabir İmanov, Tahir İmanov, Bəhram Bağırzadə, Azər, Ələkbər Əliyev, Tünzalə Ağayeva, Mirsalam Salamov və başqaları çəkilib. Ekran əsərində Cabir İmanov və Mirsalam Salamovun qızları da çəkilib.

Filmin qala gecəsində bir çox qonaqlar Fərhad Bədəlbəyli, Murad Adgözəlov, Aysel Teymurzadə, Sevda Ələkbərzadə, Sevda Yəhyayeva, Günay İbrahimli, Elnarə Xəlilova və s. iştirak ediblər.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər