Xalq artisti Zülfiyyə Xanbabayeva “Ağanatiq” filminin qala gecəsində iştirak edib.
Xalq artisti Teleqraf.com-un suallarını cavablandırıb:
- Sizi ilk dəfə qala gecədə görürük...
- Cabir və Tahirlə dostluq münasibətlərimiz var. Artıq neçə illərdir bir-birimizi tanıyırıq. İstedadlı uşaqlarımızdır və ona görə də məmuniyyətlə burada iştirak edirəm.
- Aktrisalıq qabiliyyətiniz var. Bunu bir çox verilişlərdə də görürük...
- Bəli, belə qabiliyyətim var. Bunu Cabir və Tahir də bilir. Amma yəqin ki, bu istedadım mənimlə də gedəcək. Kompleksim var, üzə çıxara bilmirəm. Onu ancaq evdəkilər üçün edə bilərəm. Başqa cür yox.
- Sizi televiziyalarda da görmürük...
- İnşallah, görəcəksiniz. Hər zaman seçici olmuşam. Birinci dəfə deyil ki... Gənclər və media nümayəndələri heç zaman məni diqqətsiz qoymurlar. Hamıya sizin vasitənizlə təşəkkür edirəm. Mənim xasiyyətim belədir. 30 ildir səhnədəyəm, həmişə də beləyəm. Yəqin mart ayında verilişlərə çıxacam.
- Qızınız Dəniz necədir?
- Dəniz artıq böyük qız olub. 10 yaşın içindədir.
- Gələcəkdə hansı sahədə görmək istəyirsiniz?
- Özünün seçiminə buraxacam. Çox istedadlı qızdır. Hansı peşənin sahibi olarsa, ona mane olmayacam. Ən əsası işinin professionalı olsun. Onda kömək edə bilərəm. Amma nəyəsə məcbur edə bilmərəm.
Rəqsanə Həsənova