8 Fevral 2017 11:20
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hər gün intiharlar haqqında eşitdiklərim psixoloji cəhətdən məni sarsıdır. Bəlkə, yetər?”

Teleqraf.com xəbər verir ki, bu sözləri əməkdar artist Naibə Allahverdiyeva son günlərin aktual mövzusu olan intiharlar haqda fikir bildirərkən deyib.

Həyatın sürprizlərlə dolu olduğunu qeyd edən aktrisa intihar etmək istəyənlərə məsləhət verib: “Onlara üzümü tutub deyirəm: elə bilirsiniz tək siz həyatda çətinliklərlə, sarsıntılarla, haqsızlıqlarla, biganəliklə qarşılaşırsınız? Xeyr, hər kəsin həyatında sadaladığım neqativ hallar olub, amma o insanlar səbr ediblər, mübarizə aparıb çətinliklərə sinə gəriblər! Həyat sürprizlərlə doludur. Bəlkə, həyat sizə xoşbəxtlik bəxş edəcək. Siz isə həyatın üzünə şillə vurursunuz, ondan üz döndərirsiniz. Əzizlərim, bu həyatı bütün əyər-əskikləri ilə sevin. İnanın, mənə, o da sizi sevəcək!”

Pərvin


Müəllif:

Oxşar xəbərlər