20 Fevral 2017 15:22
1 321
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kanal 7”də yayımlanan “Mahmut Tuncer Show”da maraqlı anlar yaşanıb.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, canlı yayımda toy edən Sabuha Alahmad adlı suriyalı xanımın fırıldaqçı olduğu ortaya çıxıb.

Üç şəxs canlı yayıma bağlanaraq xanımın onlarla evlənəcəyinə söz verərək pul aldığını iddia edib.

Canlı yayımda həbs olunan xanım əməlini etiraf edib: “Suriyadan Qaziantəpə gələndə çətin vəziyyətə düşdüm. Yaşamaq üçün ildə bir dəfə evləndim”.

Aylin


Müəllif: