24 Fevral 2017 11:41
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün “Heydər” məscidində mərhum xalq artisti İlhamə Quliyevanın il mərasimi keçirilir.

İlhamə Quliyevanın il mərasimini keçirən oğulluğu Orxan Nadirov Teleqraf.com-a açıqlamasında mərhumu belə yad edib: “Onun yoxluğuna inana bilmirəm, qəbul etmək istəmirəm. Həyatdır...”

Orxan Nadirov “Mərasimə İlhamə Quliyevanın bacılarını dəvət etmisinizmi?” sualına belə cavab verib: “Toy məclisi deyil ki, dəvət edim. Kim gəlmək istəsə, gələcək”.

Mərhumun oğulluğu “Bəs sabah siz İlhamə Quliyevanın bacılarının “Təzəpir” məscidinə təşkil etdiyi il mərasiminə gedəcəksinizmi?” sualını da cavablandırıb: "Xeyr, getməyəcəm. Məclis bir dəfə olur. Amma kimsə dəvət etsə, gedəcəm. Dəvət olunmadığım yerə getmirəm”.

İlhamə Quliyevanın il mərasimində ailəyə yaxın şəxslər – Orxan Nadirovun bioloji anası Lalə Nadirova, gəlini Arifə Nadirova və Azrbaycan Qadınlar Cəmiyyətinin sədri Bahar Qasımova iştirak edirlər.

İl mərasiminə müğənni Əli Mirəliyev və İlhamə Quliyevanın bacıları gəlməyib.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər