27 Fevral 2017 16:57
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur aktrisa Tuba Büyüküstünün qısa saçları “İstanbul Kırmızısı” filminin çəkilişlərində aktrisaya problem yaradıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, filmin rejissoru Ferzan Özpətək İstanbulda baş tutan çəkilişlərdə Büyüküstünün saçlarını formaya salmaq üçün Romadan saç ustası gətirtdiyini etiraf edib. İtaliyada yaşayan Özpətək bunun əsas səbəbini belə izah edib: “Romadakı saç ustama çox güvənirəm. Həmişə də onunla çalışıram”.

Çoxdan gözlənən film mart ayının 3-dən etibarən kinoteatrlarda nümayiş olunacaq.

Pərvin


Müəllif:

Oxşar xəbərlər