Müğənni Günay İbrahimli mərhum xalq artisti İlhamə Quliyevanın repertuarına müraciət edib.
Teleqraf.com xəbər verir ki, müğənni 106.3 radisonun layihəsi çərçivəsində “Gedirəm” adlı mahnını ifa edib.
İfaçı bəstəni yeni aranjimanda təqdim etdiyini söyləyib: “Fevralın 25-i İlhamə Quliyevanın ölümündən bir il ötdü. Azərbaycanlı müğənnilər bir araya gələrək mərhum xalq artistinin repertuarına müraciət etdilər. Layihəni 106.3 radiosu ərsəyə gətirib. Onlar sənətkarın mahnılarından ibarət albom hazırlayıb. Radionun rəhbəri Arzu xanım başda olmaqla hər kəsə təşəkkür edirəm. Bu gün “Gedirəm” adlı albom işıq üzü görəcək. Məndən başqa həmkarlarımın da ifaları albomda yer alıb. Mən İlhamə xanımın “Gedirəm” əsərini səsləndirmişəm, elə albomun adı da bu mahnıyla bağlıdır. Əsərin musiqisi Novruz Aslan, sözləri Gülnarə Sanılıya məxsusdur. “Gedirəm”i yeni aranjimanda və fərqli tərzdə oxumuşam. Aranjiman üçün Vüsal Qarayevə (Vaso) təşəkkür edirəm”.