Türkiyəli müğənni Murad Boz sevgilisi Aslı Enverlə həmkarı Özcan Dənizin baş rollarını oynadığı "İstanbullu gelin" serialındakı öpüşmə səhnəsinə münasibət bildirib.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, ifaçı bir ildir birlikdə olduğu Aslının ünvanına təriflər yağdırıb.
Serialın hər bölümünü maraqla izlədiyini deyən Boz Aslının obrazını bəyəndiyini söyləyib: "Aslıya heyran qaldım. Tamam fərqli oynayıb. Buradakı aktrisalığı son nöqtədir. Onunla fəxr edirəm. Mənimdə filmlərdə öpüşmə səhnələrim olur. Bu başqa haldır. Bu, işdir, onun peşəsidir".